Bank Of Baku

Pakistanda partlayış: 70 nəfər ölüb, 65 nəfər yaralanıb

Pakistanda partlayış: 70 nəfər ölüb, 65 nəfər yaralanıb
# 01 yanvar 2010 18:21 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Pakistanda yayımlanan Express 24/7 televiziya kanalı ölkənin şimal-qərbində yerləşən Lakki Mervat şəhərində bir kamikadzenin voleybol oyunu zamanı içində bomba olan maşınla əraziyə girib, partlayış törətdiyi barədə xəbər verib.

İlkin məlumata görə, hadisə yerində 70 nəfərdən artıq şəxs ölüb, 65 nəfər isə yaralanıb. Meydançanın yaxınlığında yerləşən 20-dən artıq evə ziyan dəyib.

Polis kamikadzenin qəfildən 250 kiloqram patlayıcı yükü olan maşını meydançaya sürərək, partlatdığını bildirib.

Məlumata görə, partlayış nəticəsində yaxınlıqda olan və hadisə baş verən zaman yerli tayfa rəhbərlərinin toplantı keçirdikləri məscidə də zərər dəyib, iclas iştirakçılarından ölənlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR