Bank Of Baku

İran və Türkiyə prezidentləri Əfqanıstan məsələsini müzakirə ediblər

İran və Türkiyə prezidentləri Əfqanıstan məsələsini müzakirə ediblər
# 02 yanvar 2010 12:04 (UTC +04:00)
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejad və Abdulla Gül Əfqanıstandakı problemlərinin hərbi yolla həllini istisna ediblər. Prezidentlər Əfqanıstanın hazırda silaha deyil, humanitar yardıma ehtiyacı olduğunu bildiriblər.

Əhmədinejad qeyd edib ki, təcrübə göstərir ki, hərbi həll yolundan istifadənin Əfqanıstan üçün xeyri yoxdur: “ Əfqanlar hər şeydən öncə ölkələrinin abadlığı üzrə humanitar yardım və səylərə ehtiyaclıdır, hamı Əfqanıstanın vəziyyətinin yaxşılaşması istiqamətində səy göstərməlidir”.

İSNA bildirib ki, Abdulla Gül də bu fikri təsdiqləyərək Əfqanıstanın abadlığa və inkişafa ehtiyacı olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR