Bank Of Baku

Tehranda baş verən qarşıdurmanın əsas təşkilatçılarından 40 nəfəri tutulub

Tehranda baş verən qarşıdurmanın əsas təşkilatçılarından 40 nəfəri tutulub
# 05 yanvar 2010 09:32 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. 2009-cu il dekabrda 27-də Tehranda baş vermiş aksiyaların əsas təşkilatçılarından 40 nəfəri həbs olunub. APA-nın “Farsnews”-a istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin Məhkəmə-hüquq komissiyasının üzvü, millət vəkili Seyid Salman Zakir bu gün sözügedən komissiyanın Tehran Prokurorluğu ilə birgə iclasında bildirib. Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətabadi isə hadisələrin pərdəarxası təşkilatçısı olan 40 nəfərin qeyri-qanuni əməllərinin artıq sübuta yetirildiyini, həbs olunanların özlərinin günahlarını etiraf etdiklərini və qarşıdurmaların onlar tərəfindən planlaşdırıldığını bildirdiklərini deyib.

O, tutulanlar barəsində Tehran məhkəməsi tərəfindən müvafiq qərarın qəbul ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR