Bank Of Baku

İsrail ordusunun itləri “Allahu Əkbər” deyənə hücum edir

İsrail ordusunun itləri “Allahu Əkbər” deyənə hücum edir
# 05 yanvar 2010 12:45 (UTC +04:00)
Bakı – APA. İsrail ordusunun itlərinə “Allahu Əkbər” kəlməsinə reaksiya verəcək şəkildə təlim keçilir. APA-nın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İsrail parlamentinin ərəb millət vəkili Əhməd Tibi açıqlayıb. Ə. Tibi ötən bazar günü bir mərasim zamanı İsrail əsgərlərinin təlim görmüş itlərin bacarıqlarını nümayiş etdirdiklərini və itlərin “Allahu Əkbər” sözünə aqressiv reaksiya verdiyini söyləyib. O bildirib ki, bu hadisəyə əsgərlərin valideynləri də şahid olub.

İsrail ordusunun komandanlığı xəbəri təkzib etməyib. Ordudan deyilib ki, itlər həm uniformalı, həm də mülki geyimli düşməni ayırd edə bilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR