Bank Of Baku

İrana qarşı yeni sanksiyalar “Çin səddi”nə tuş gəldi

İrana qarşı yeni sanksiyalar “Çin səddi”nə tuş gəldi
# 06 yanvar 2010 00:06 (UTC +04:00)
Bakı-APA. Çin BMT Təhlükəsizlik Şurasına bir aylığa sədrlik edəcək. Bununla əlaqədar Çinin BMT-dəki daimi nümayəndəsi Zhanqın Yesui keçirdiyi mətbuat konfransında «İrana nüvə proqramı ilə bağlı yeni sanksiyaların tətbiq edilməsi nə dərəcədə məqsədəuyğundur» sualını o, «indiki məqamda dəstəkləmirik» cavabını verib.

«Sanksiya tətbiq edilməsi üçün indi doğru bir zaman, yaxud da doğru bir an deyil, çünki diplomatik cəhdlər hələ də davam edir», - deyən, Zhanq bu mövzuda yeni addımların atılacağını bəyan edib.

Türkiyə KİV-in məlumatına əsasən, problemin həlli istiqamətində «hələ daha çox zamana və daha çox səbrə» ehtiyac duyulduğunu bildirən Zhanq diplomatik cəhdlərlə tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılmasına ümid etdiklərini, məsələnin sülh yolu ilə həllinin ən doğru variant olduğuna inandıqlarını vurğulayıb.

Çin, Rusiya, ABŞ, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin ay ərzində İranın nüvə proqramı ilə bağlı təkrar görüşəcəklərini Zhanq bildirib.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Hillari Klinton İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə yeni sanksiyaların tətbiq olunması üçün müttəfiqlərlə görüşlərə başladığını bəyan edib. Klinton sanksiyalarda məqsədin adi vətəndaşlara zərər verməməyi, İran hökumətini, xüsusi ilə İslam İnqilab Keşikçiləri Qvardiyasını hədəfə aldıqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR