Bank Of Baku

İranın təhlükəsizlik naziri: “Aşura günü Tehranda baş verənlər İranı sevməyən xarici qüvvələr tərəfindən planlaşdırılıb”

İranın təhlükəsizlik naziri: “Aşura günü Tehranda baş verənlər İranı sevməyən xarici qüvvələr tərəfindən planlaşdırılıb”
# 07 yanvar 2010 11:56 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın təhlükəsizlik naziri Aşura günü – dekabrın 27-də Tehranda baş vermiş qarşıdurma ilə bağlı açıqlama verib. APA-nın İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, nazir Heydər Müslihi jurnalistlərə bildirib ki, fitnə cərəyanı, antiinqilab və antihakimiyyət hərəkətlər İranın sevməyən xarici qüvvələr tərəfindən planlaşdırılmış ssenari əsasında həyata keçirilib. O, Tehranda Aşura günü baş verən qarşıdurma və aksiyalarda tutulanların antiinqilab və fitnəkarlardan ibarət qrup olduğunu deyib.

Nazirin sözlərinə görə, qarşıdurma yaradanların əlaqələri barədə bir sıra məlumatlar və faktlar əldə olunub.

H. Müslihi bu istiqamətdə daha tutarlı məlumatların əldə olunması üçün zamana ehtiyac olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR