Bank Of Baku

İranın xarici işlər naziri İraqa səfər edib

İranın xarici işlər naziri İraqa səfər edib
# 07 yanvar 2010 16:56 (UTC +04:00)
Bakı – APA. İranın xarici işlər naziri Mənuçöhr Mottakinin İraqa səfəri başlayıb. APA-nın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, M. Mottaki iki günlük səfəri çərçivəsində həmkarı Hoşyar Zebari və prezident Cəlal Təlabani ilə görüşəcək. Əsas müzakirə mövzusu iki ölkə sərhədindəki mübahisəli ərazi olacaq. İraqdakı Əl-Fakka neft yatağı yaxınlığındakı mübahisəli ərazidə ötən ilin dekabrından bəri İran qoşunları dayanıb. İraqın bir sıra şəhərlərində bununla bağlı etiraz aksiyaları keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR