Bank Of Baku

İran prezidenti Suriya parlamentinin sədrini qəbul edib

İran prezidenti Suriya parlamentinin sədrini qəbul edib
# 08 yanvar 2010 07:42 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA. İranda səfərdə olan Suriya parlamentinin sədri Mahmud Əl-Əbrəşi prezident Mahmud Əhmədinejadın qəbulunda olub. APA-nın “İribnews”a istinadən verdiyi məlumata görə, M. Əhmədinejad İranla Suriya arasındakı əlaqələrin möhkəmlənməsi və genişləndirilməsinin çox vacib olduğunu deyib. O, Suriyanın bölgədəki rolunun həssaslığına diqqət çəkərək bildirib: “İran və Suriya öz münasibətlərini ədalət və insanlıq əsasında qurmalıdır. Dünyanın gələcəyi Yaxın Şərq bölgəsində müəyyənləşəcək”.

Suriya parlamentinin sədri Mahmud Əl-Əbrəşi də müsəlman ölkələrinin, o cümlədən İran və Suriyanın əlaqələrinin möhkəmlənməsini və ikitərəfli münasibətlərin inkişafını zəruri sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR