Bank Of Baku

Xoşyar Zəvari: “İran-İraq əlaqələrinə əngəl törətmək istəyən hər kəslə sərt rəftar edəcəyik”

Xoşyar Zəvari: “İran-İraq əlaqələrinə əngəl törətmək istəyən hər kəslə sərt rəftar edəcəyik”
# 08 yanvar 2010 08:32 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA. İranla İraq arasında keçiriləcək növbəti müzakirələrdə iki ölkənin sərhəd problemləri yenidən araşdırılacaq və müzakirə ediləcək. APA-nın İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Mənuçöhr Mottəki Bağdadda iraqlı həmkarı Xoşyar Zəvari ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

M. Mottəki gələn həftədən etibarən iki ölkə arasında sərhədlərin delimitasiyasına dair danışıqların başlanacağını deyib. O, İran-İraq əlaqələrinə zərər vurmaq niyyətində olan bəzi xarici media orqanlarını da tənqid edib: “Lakin onlar iki ölkənin səmimi əlaqələrinə zərər vura bilməzlər. Bu haqda düşünənlər yanılırlar”.

İraqın xarici işlər naziri X. Zəvari də öz növbəsində, M. Mottəkinin İraqa səfərinin iki ölkə arasında istənilən problemin birbaşa dialoq yolu ilə həlli niyyətinin göstəricisi olduğunu bildirib: “Hazırda iki ölkə arasında əlaqələr aydın və şəffafdır. Ona görə də İran-İraq əlaqələrinə əngəl törətmək istəyən hər kəslə sərt rəftar edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR