Bank Of Baku

Mərakeş kralı Saxara probleminin həlli üçün ölkənin regionlara bölünməsi təklifi ilə çıxış edib

Mərakeş kralı Saxara probleminin həlli üçün ölkənin regionlara bölünməsi təklifi ilə çıxış edib
# 08 yanvar 2010 09:05 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Mərakeş kralı VI Məhəmməd ölkəsində yeni özünüidarəetmə sisteminin yaradılması təşəbbüsü ilə çıxış edib. Mərakeşin Krallığının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, kral bu günlərdə xalqa müraciətində bildirib ki, bu təşəbbüsün həyata keçirilməsi məqsədilə məşvərətçi komissiyanın yaradılması barədə göstəriş verib.

Mərakeşin İspaniyadakı səfiri Ömər Azimanın başçılıq etdiyi 21 nəfərdən ibarət komissiyaya alimlər, mütəxəssislər, siyasi xadimlər, bir neçə universitetin hüquqşünas ekspertləri daxildir. Tərkibində 3 qadının da olduğu komissiyanın vəzifəsi krallıqda bərabər hüquqlu 16 regionun yaradılmasına dair təkliflər hazırlamaqdır. Bu regionların öz idarəçilik üslubu, iqtisadi, mədəni və sosial inkişaf planları olmalıdır. Komissiya təkliflərini bu il iyunun sonunda krala təqdim etməlidir. Kralın fikrincə, ölkənin bərabər hüquqlu regionlara bölünməsi Mərakeşin cənubundakı Böyük Səhra (Saxara) problemindən bir növ çıxış yoludur və bu siyasət vasitəsilə Səhra probleminin həllinə nail olmaq olar.

Qeyd edək ki, Saxara problemi 1975-ci ildən davam edir. 1975-ci ildə İspaniya bu torpaqlardan çəkildikdən sonra Mərakeş dövləti orada 300 minədək mərakeşli yerləşdirib. O zaman 150 min yerli sakin qaçqın kimi Əlcəzair ərazinə keçib. Hazırda Əlcəzair ərazisində qaçqın düşərgələrdə yaşayan 150 min saxaralı Mərakeşdən ayrılıb müstəqil dövlət olmağı tələb edir. Lakin rəsmi Rabat bu tələbi qəbul etmir. Bununla belə, Mərakeş dövləti həmin qaçqınların öz yurd-yuvalarına qayıtmalarının əleyhinə deyil. Lakin bir şərtlə ki, onlar iddialarından geri çəkilib, Mərakeş qanunları ilə yaşamağı qəbul etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR