Bank Of Baku

İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubiyə sui-qəsd edilib

İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubiyə sui-qəsd edilib
# 08 yanvar 2010 11:58 (UTC +04:00)
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, M. Kərrubi müxalifətin etiraz aksiyalarında öldürülən şəxslərin xatirəsinə həsr olunmuş matəm mərasimində iştirak etmək üçün ölkənin şimalındakı Qəzvin şəhərinə gedib. Lakin M. Kərrubinin olduğu ev yaxın kəndlərin 500-dən çox sakini və “Bəsic” könüllüləri tərəfindən mühasirəyə alınıb. Onlar evi daşa basıblar və pəncərələri sındırıblar. Dörd saat sonra hadisə yerinə polis əməkdaşları gəlib. Onlar M. Kərrubinin evdən çıxaraq avtomobilə əyləşməsinə şərait yaradıblar. Lakin avtomobil hərəkətə gəldikdən sonra naməlum şəxslər tərəfindən atıcı silahdan atəşə tutulub. Avtomobil zirehli olduğu üçün içindəkilər zərər çəkməyib, yalnız şüşələr zərər çəkib.

M. Kərrubi deyib ki, onun mühafizəçiləri cavab atəşi açmayıb, çünki bu halda həbs oluna bilərdilər. Atəş açanlar isə yaxalanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR