Bank Of Baku

İranda 4 qəzetin məhkəməsi başlayır

İranda 4 qəzetin məhkəməsi başlayır
# 08 yanvar 2010 15:14 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Tehran məhkəməsində dörd qəzetin işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Tehranın 76 saylı məhkəməsində hakim Müdir Xorasaninin sədrliyi ilə dekabrın 10-da keçiriləcək prosesdə “Həmşəhri” (“Həmşəhərli”), “Sədaye ədalət” (“Ədalətin səsi”), “Camieye pərəstari” (“Xidmətçilər toplumu”) və “Bang” (“Səda”) qəzetləri ilə bağlı iddiaya baxılacaq.

Adı çəkilən qəzetlər yalan fikirlər, məqalələr və xəbərlər yaymaqda, habelə cəmiyyətdə mənfi fikir formalaşmasında əsas rol oynamaqda ittiham edilir. İclasda Mətbuat jüriləri də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR