Bank Of Baku

Livanın baş naziri Türkiyəyə rəsmi səfəri edəcək

Livanın baş naziri Türkiyəyə rəsmi səfəri edəcək
# 09 yanvar 2010 07:08 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Livanın baş naziri yanvarın 10-da Türkiyəyə rəsmi səfər edəcək. APA-nın Livan KİV-inə istinadən verdiyi məlumata görə, Livanın baş naziri Səəd Həririnin səfəri həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Livan baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Ərdoğan və bir sıra digər rəsmilərlə görüşlər keçirəcək, iki dövlət arasında müştərək maraq doğuran məsələləri müzakirə edəcək.

Səfər zamanı bir neçə sazişin, o cümlədən iki dövlət arasında vətəndaşlar üçün viza rejiminin qarşılıqlı şəkildə ləğvi, hərbi və səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişlərin imzalanacağı gözlənilir.

Eyni zamanda, Livan baş nazirini müşayiət edəcək iş adamları Türkiyənin iş adamları ilə müxtəlif sahələrdə qarşılıqlı investisiya qoyuluşu məsələlərini müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR