Bank Of Baku

İranda 27 dekabr aksiyaları zamanı saxlanmış şəxsləri məhkəməsi başlayır

İranda 27 dekabr aksiyaları zamanı saxlanmış şəxsləri məhkəməsi başlayır
# 11 yanvar 2010 10:31 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Dekabrın 27-də - Aşura günü Tehran şəhərində keçirilmiş aksiyalar zamanı tutulan bəhailərin məhkəməsi olacaq. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi dövlət əleyhinə çağırışda ittiham olunan 5 müttəhimdən birinin məhkəməsinin bu həftə olacağını açıqlayıb.

O bildirib ki, həmin şəxs digər 4 müttəhimlə birgə dekabrın 27-də aksiya və qarşıdurmaların planlı şəkildə həyata keçməsini hazırlamaqda təqsirləndirilir. Axtarış zamanı onların evlərindən küllü miqdarda silah-sursat aşkar olunub.

Dövlətabadi tutulanların Bəhai olduqlarını, onların xaricdən dəstək aldıqlarını deyib.

Bununla belə, o bildirib ki, həmin şəxslər Bəhai olduqları deyil, cinayət törətdiklərinə görə tutulublar.

Dövlətabadi Tehranda keçirilmiş aksiyalar zamanı saxlanmış Dubay televiziyasının alman əsilli müxbirinin ötən gün azad olunduğunu, həmin televiziyanın Suriya əsilli əməkdaşının isə bu gün azad ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR