Bank Of Baku

Şimali Koreya Vaşinqtonu sülh müqaviləsi imzalamağa çağırır

Şimali Koreya Vaşinqtonu sülh müqaviləsi imzalamağa çağırır
# 11 yanvar 2010 10:54 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı 1950-53-cü illərdə baş vermiş Koreya müharibəsinə formal olaraq son qoyacaq sülh müqaviləsinin imzalanması üzrə danışıqlara səsləyib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, KXDR XİN-in bəyanatında deyilir ki, bu sülh müqaviləsinin imzalanması ABŞ-la Şimali Koreya arasında olan düşmən münasibətinə son qoymuş olacaq və Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi sahəsində irəliləyişə təkan verəcək.
Rəsmi Pxenyan bildirir ki, iki ölkə arasında hal-hazırda mövcud olan barışıq haqqında sazişin əvəzinə bitkin və tamhüquqlu sülh müqaviləsinin imzalanması üzrə altıtərəfli danışıqların aparılması ilə bağlı məsləhətləşmələr həm ayrıca, həm də altıtərəfli danışıqlar formatında baş tuta bilər. Bəyanatda deyilir ki, altıtərəfli danışıqların bərpa olunması yalnız KXDR-ə qarşı qoyulan və rəsmi Pxenyanın “diskriminasiya mənbəyi və etimadsızlıq” adlandırdığı sanksiyaların ləğvindən sonra mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR