Bank Of Baku

İsrail Misirlə sərhəddə 266 km uzunluğunda sədd tikəcək

İsrail Misirlə sərhəddə 266 km uzunluğunda sədd tikəcək
# 11 yanvar 2010 13:53 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. İsrail hökuməti Misirlə sərhəddə qeyri-qanuni miqrantların və hərbçilərin ölkəyə keçməsinin qarşısını almaq məqsədilə səddin tikintisi ilə bağlı planı təsdiqləyib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, yeni sədd Eylat şəhərindəki Qırmızı Dəniz və Qəza zolağının hər iki tərəfi boyunca tikiləcək.
İsrailin Xarici İşlər Naziri (XİN) Benyamin Netanyahu bildirib ki, səddin tikilməsi haqqında qərarın verilməsində məqsəd İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. O deyib ki, İsrail bundan sonra da qaçqınları qəbul etməyə davam edəcək.
266 km uzunluğunda tikilməsi nəzərdə tutulan sədd 270 milyon dollara başa gələcək.
Qeyd edək ki, son illər Misirdən İsrailə minlərlə miqrant keçib. Rəsmi İsrail bildirir ki, bu sədd, həmçinin vətəndaşları hərbçilərin hücumundan müdafiə edəcək. Fələstin isə İsrailin bu hərəkətini torpaq iddiası hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR