Bank Of Baku

Tehran Universitetinin professoru terror aktı nəticəsində öldürülüb

Tehran Universitetinin professoru terror aktı nəticəsində öldürülüb
# 12 yanvar 2010 09:33 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Tehranın Qeytəriyyə məhəlləsində baş verən partlayış nəticəsində Tehran Universitetinin professoru həlak olub. APA-nın İran televiziyasına istinadən yaydığı məlumata görə, Tehran Universitetinin fizika kafedrasının professoru Məsud Məhəmmədi bu gün səhər evinin qarşısında quraşdırılan bombanın işə düşməsi nəticəsində dünyasını dəyişib. Bombanın uzaqdan idarəetmə üsulu ilə işə salındığı bildirilir. Tehran polisi baş verən hadisəni terror aktı kimi dəyərləndirib. Hazırda terrorçuların axtarışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR