Bank Of Baku

İranda 3 Amerika vətəndaşı həbs edilib

İranda 3 Amerika vətəndaşı həbs edilib
# 12 yanvar 2010 10:46 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranda 3 ABŞ vətəndaşının saxlanıldığını və onların tezliklə mühakimə olunacaqlarını açıqlayıb. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, R. Mehmanpərəst bunu Tehranda keçirdiyi mətbuat konfransında elan edib. O, amerikalıların harada və hansı şəraitdə həbs edildiklərini deməyib.

R. Mehmanpərəst gələn həftənin şənbə günü Pakistanın paytaxtı İslamabad şəhərində 3 ölkənin - İran, Əfqanistan və Pakistan xarici işlər nazirlərinin birgə görüşünün keçiriləcəyini də söyləyib. Görüşdə bölgədəki problemlərin həlli məsələləri müzakirə ediləcək və bu ölkələrin rəhbərlərinin görüşünün vaxtı müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR