Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin Nobel mükafatına layiq görülüb

Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinin Nobel mükafatına layiq görülüb
# 12 yanvar 2010 12:13 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İslam dünyasında nümunəvi hüquqi lider kimi nailiyyətlərinə görə Səudiyyə Ərəbistanı tərəfindən verilən “Kral Faysal” beynəlxalq mükafatına layiq görülüb.

APA-nın “Arabnews” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, mükafat qaliblərə martın 7-də İki Müqəddəs Məscidin Xadimi Abdullah Bin Əbdüləziz əl Səid tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, “Kral Faysal” mükafatı mədəniyyət və təhsil mübadiləsini qlobal səviyyədə təmin etmək üçün vasitədir. Ərəb ölkələrinin Nobel mükafatı sayılan mükafat riyaziyyat, tibb, ərəb dili, ədəbiyyat və İslami fəaliyyətlər kateqoriyasında hər il verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR