Bank Of Baku

İran hökuməti nüvə mütəxəssisi Məsud Məhəmmədinin ölümündə “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsini günahlandırıb

İran hökuməti nüvə mütəxəssisi Məsud Məhəmmədinin ölümündə “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsini günahlandırıb
# 12 yanvar 2010 12:36 (UTC +04:00)
APA-nın məlumatına görə, Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi Tehran Universitetinin fizika kafedrasının professoru Məsud Əli Məhəmmədinin terror aktı nəticəsində öldürülməsində İsrailin xüsusi xidmət orqanı “Mossad”ın və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst də Tehranda baş vermiş terror aktının İranın düşmənləri tərəfindən törədildiyini bəyan edib. Mehmanpərəst aparılan araşdırmalar nəticəsində əldə olunan ilkin qənaətə görə bu terror aktının İsrail və ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bildirib: “Belə hadisələr İran xalqını sarsıltmayacaq və nüvə sahəsində də heç bir işin ləngiməsinə səbəb olmayacaq. Cinayətkarlar gec tez həbs öz cəzalarını alacaqlar”.

Qeyd edək ki, Tehranın Qeytəriyyə məhəlləsində baş verən partlayış nəticəsində Tehran Universitetinin fizika kafedrasının professoru Məsud Məhəmmədi həlak olub. O bu gün səhər evinin qarşısında quraşdırılan bombanın işə düşməsi nəticəsində dünyasını dəyişib. Bombanın uzaqdan idarəetmə üsulu ilə işə salındığı bildirilir. Məsud Məhəmmədi İranın tanınmış nüvə mütəxəssislərindən biri sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR