Bank Of Baku

İraq operativ komandanlığı hərbi çevriliş hazırlandığı barədə məlumatları təkzib edib

İraq operativ komandanlığı hərbi çevriliş hazırlandığı barədə məlumatları təkzib edib
# 12 yanvar 2010 14:13 (UTC +04:00)
Bakı. Ayaz Abdulla-APA. İraqın indiki hökumətini devirmək məqsədilə hazırlanan hərbi qiyama dair yayılan məlumatlar tamamilə əsasızdır. APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, bu barədə “Asuat əl-İraq” agentliyinə Bağdadın operativ komandanlığının rəsmisi general-mayor Kasem Ata bildirib.
O qeyd edib ki, təhlükəsizlik qüvvələri Bağdadın bir neçə rayonunda reydlər həyata keçirilir: “Bu məqsədlə əməliyyat zonasında yolun bir hissəsini dövrəyə alıblar. Həmin zonada qismən və ya tam komendant saatının tətbiq olunmasına dair məlumat tam əsassızdır”.
Qeyd edək ki, bu gün səhər Bağdad sakinləri informasiya agentliyinə bir neçə məhəllədə təhlükəsizlik qüvvələrin yerləşdirilməsinin şahidi olublar. Bundan sonra hərbi çevriliş və tanınmış siyasi xadimin qətlinə dair şayiələr yayılıb. Tələbələr də daxil olmaqla, əhatəyə alınmış məhəllələrin sakinlərinə öz evlərinə qayıtmaq və xüsusi tapşırıqları gözləmək əmri verilib.
Qeyd edək ki, Bağdadın şərq hissəsində yaşayan müəllimin sözlərinə görə, təhlükəsizlik qüvvələri “sünni zabitlər”in hərbi qiyam cəhdinin qarşısını almaq məqsədilə bölgədə komendant saatı tətbiq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR