Bank Of Baku

İran uranın zənginləşdirilməsini proqramını iki ay dayandırmağa hazır olduğunu açıqlayıb

İran uranın zənginləşdirilməsini proqramını iki ay dayandırmağa hazır olduğunu açıqlayıb
# 12 yanvar 2010 15:09 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. İran neytral ölkələrin xahişinə cavab olaraq öz arzusu ilə uranın zənginləşdirilməsi proqramını iki aylıq saxlamağa hazırdır. APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst İranın ingilis dilli “Tehran Times” qəzetinə bildirib. “Qərb ölkələrinə vaxt verərək İranın təkliflərini nəzərdən keçirmək məqsədi ilə bir neçə neytral dövlət İrana iki ay ərzində uranı zənginləşdirməmək xahişi ilə müraciət ediblər. Biz bu təkliflərə müsbət rəy verdik ki, beynəlxalq ictimaiyyətə xoş məramımızı göstərək”.
Eyni zamanda o qeyd edib ki, İran tərəfindən Qərbə verilmiş bir aylıq möhlət başa çatıb. “Əgər qalan vaxt ərzində əks tərəf bizim təklifimizə cavab versə, o zaman biz birlikdə işləməyə başlayacağıq. Əks halda İran lazımi qərarlar qəbul edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR