Bank Of Baku

Əfqanıstanda NATO-nun daha 6 hərbçisi həlak olub

Əfqanıstanda NATO-nun daha 6 hərbçisi həlak olub
# 12 yanvar 2010 15:54 (UTC +04:00)
Bakı. Ayaz Abdulla-APA. Son bir sutka ərzində Əfqanıstanda beynəlxalq sülhməramlı komntinqentin daha 6 hərbiçisi həlak olub. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə bu barədə NATO rəsmiləri xəbər veriblər. Onların arsında 3 amerikalı, 1 britaniyalı və 1 fransız hərbiçi var. Həlak olmuş altıncı hərbiçinin milliyyətinə dair məlumat yoxdur.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Əfqanıstanın Qilmend əyalətində bir britaniyalı minaaxtaranın partlayış nəticəsində öldüyünü təsdiq edib. Fransa hərbiçiləri isə böyük hissəsi koalisiya qüvvələrin nəzarəti altında olan Allassay dərəsində bir əsgərin öldüyünü və birinin də yaralandığını təsdiqləyiblər.
Qeyd edək ki, ümumilikdə, bu ilin əvvəlindən koalisiya qüvvələrinin verdiyi itkilərin sayı 15 nəfərə çatıb. icasualties.org portalın verdiyi məlumata əsasən, 2009-cu ildə Əfqanıstanda ümumilikdə 506 hərbçi həlak olub, 2008-ci ildə isə bu rəqəm 295 nəfər təşkil edib. Ümumilikdə 2001-ci ildə başlanan antiterror əməliyyatından sonra Əfqanıstanda 1553 xarici hərbiçi öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR