Bank Of Baku

“Əl-Qaida” terror təşkilatının Yəmən qruplaşmasının lideri öldürülüb

“Əl-Qaida” terror təşkilatının Yəmən qruplaşmasının lideri öldürülüb
# 13 yanvar 2010 08:38 (UTC +04:00)
Yəmən-APA. “Əl-Qaida” terror təşkilatının Yəmən qruplaşmasının lideri Abdulla əl-Mehtər hökumət qüvvələri ilə atışmada öldürülüb. APA-nın məlumatına görə, Şevba vilayətinin qubernatoru bəyan edib ki, hökumət qüvvələri terrorçunun yaşadığı evi mühasirəyə alıb. Bir müddət davam edən atəşma nəticəsində terrorçu zərərsizləşdirilib. Xatırladaq ki, “Əl-Qaida” lideri Üsamə bin Laden əslən Yəməndəndir. Bir çox ölkələr Yəmən hökumətini terrorçuluğa qarşı layiqincə mübarizə aparmamaqda ittiham edirlər. Ötən həftə ABŞ, Böyük Britaniya və İspaniya hökumətləri terror təhlükəsi səbəbilə bu ölkədəki səfirliklərini bağlamaq qərarına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR