Bank Of Baku

İraqda baş verən terror aktı nəticəsində 7 nəfər ölüb

İraqda baş verən terror aktı nəticəsində 7 nəfər ölüb
# 13 yanvar 2010 09:34 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. İraqda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb. APA-nın İraq mətbuatına istinadən yaydığı məlumata görə, bu gün səhər saatlarında İraqın qərbindəki Ənbar vilayətində polis idarəsi yaxınlığında kamikadze tərəfindən partlayış törədilib. Terror aktı nəticəsində 7 nəfərin öldüyü, 6 nəfərin ağır xəsarət aldığı bildirilir. Ölənlərdən iki nəfəri polis əməkdaşıdır. Bölgədə hazırda komendant saatı tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR