Bank Of Baku

İran parlamentinə Böyük Britaniya ilə siyasi əlaqələrin dayandırılmasına dair layihə təqdim olunub

İran parlamentinə Böyük Britaniya ilə siyasi əlaqələrin dayandırılmasına dair layihə təqdim olunub
# 13 yanvar 2010 12:29 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran parlamentinin bugünkü iclasında İranın böyük Britaniya ilə siyasi əlaqələrinin kəsilməsi məsələsi müzakirə olunub. APA-nın “Parlemannews”a istinadən verdiyi məlumata görə, Tehranla Londonun ikitərəfli əlaqələrinin dayandırılmasını nəzərdə tutan layihə İran İslami Şura Məclisinin 35 deputatı tərəfindən imzalanıb. Parlamentin sədri Əli Laricani layihənin qəbulunun vacibliyini bildirib.

Qeyd edək ki, layihəni imzalayan 35 millət vəkili Böyük Britaniyanın daim İranın daxili işlərinə qarışdığını, bu səbəbdən belə bir sənədin qəbulunu zəruri sayıblar. Layihədə bildirilir ki, Böyük Britaniya 12 iyun 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərindən sonra müxalifət qüvvələrinin aksiyalarını dəstəkləyib, Britaniyanın Tehrandakı səfirliyində işləyən bir neçə İran vətəndaşının ingilislərə işlədiyi müəyyən olunub.

Bundan başqa, sənəddə Böyük Britaniyanın II Dünya müharibəsi zamanı İranda törətdiyi qırğınlar, Rza xan hökumətinə zərbə vurması, Müsəddiq hakimiyyətinin çevrilişi və İran İslam İnqilabından sonra da İranın daxili işlərinə qarışmasının yolverilməzliyi sənəddə əksini tapıb. Bunları əsas gətirən deputatlar Londonla siyasi əlaqələri kəsməsinin zəruriliyini vurğulayıb, həmçinin Böyük Britaniyanı İranın daxili işlərinə müdaxiləsini etiraf edərək, İran xalqından rəsmi şəkildə üzr istəməsini tələb ediblər.

Müzakirələrdən sonra layihə araşdırılmaq üçün parlamentin Xarici siyasət və təhlükəsizlik komissiyasına verilib. Layihə komissiya tərəfindən təsdiqlənəndən sonra İran İslami Şura Məclisində səsverməyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR