Bank Of Baku

İsrail kimyəvi müharibəyə hazırlaşır

İsrail kimyəvi müharibəyə hazırlaşır
# 13 yanvar 2010 13:15 (UTC +04:00)
Bakı. Ziya Ağazadə-APA. İsraildə mümkün kimyəvi və bakterioloji hücumlardan müdafiə olunmaq üçün son zamanlar təlimlər keçirilir. APA-nın İsveçrənin “Le Temps” qəzetinə istinadən verdiyi məlumata görə, bu təlimlər demək olar ki, hər gün, hətta şənbə günləri də keçirilir. İsrail hökuməti bu hücumlardan qorunmaq üçün əhaliyə əleyhqaz və kimyəvi qaz əleyhinə xüsusi müdafiə vasitələri paylayıb. İsrailin Mülki Müdafiə üzrə Xüsusi Komitəsi demək olar ki, bütün bina və evləri kimyəvi və bakterioloji silahlara qarşı filtrlə təmin edib. Qeyd edək ki, keçən həftə İsrailin müdafiə naziri İran və Suriya tərəfindən kimyəvi hücumların mümkünlüyünü istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR