Bank Of Baku

Pakistan-İran sərhədində sərhəd polisi ilə narkotik qaçaqmalçıları arasında atışma olub

Pakistan-İran sərhədində sərhəd polisi ilə narkotik qaçaqmalçıları arasında atışma olub
# 13 yanvar 2010 15:19 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Sistan və Bəlucistan vilayətinin sərhəd polisinin komandanı Qulamnəbi Kuhkən Pakistanla sərhəd zolağında 4282 kq narkotikin aşkar olunaraq müsadirə edildiyini bildirib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, yanvarın 12-dən 13-nə keçən gecə İranın Pakistanla sərhədində yerləşən Səravan şəhərində qaçaqmalçıların olduğu və onların küllü miqdarda narkotik vasitəni İran tərəfə keçirdiyi barədə məlumat alan sərhəd polisi qaçaqmalçıları tutmaq məqsədilə əməliyyat keçirib.

Sərhəd polisi ilə qaçaqmalçılar arasında uzun müddət atışa gedib. Qaçaqmalçılar polisə müqavimət göstərərək, geriyə - Pakistan tərəfə qaçıblar. İran sərhəd polisi hadisə yerində 4,2 ton narkotik vasitə və silah sursat aşkarlayıb. Q. Kuhkən bu barədə artıq Pakistanın sərhəd polisinə məlumat verdiklərini deyib.

Qeyd edək ki, sərhəd polisi iki ay əvvəl də Sistan və Bəlucistanın Pakistan sərhədində 9910 kq narkotik aşkarlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR