Bank Of Baku

Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanını Yəməndəki hadisələri qızışdırmaqda ittiham edib

Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanını Yəməndəki hadisələri qızışdırmaqda ittiham edib
# 13 yanvar 2010 16:41 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Səudiyyə Ərəbistanını Yəməndəki qarşıdurmalara Amerika, İngiltərə və İsrail təhrik edir. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Mahmud Əhmədinejad bildirib. M. Əhmədinejad deyib ki, bu ölkələr Yəməndəki hadisələri daha da qızışdırmaq üçün Səudiyyə Ərəbistanını silahlandırır, Səudiyyə Ərəbistanı da həmin silahlardan müsəlman qardaşlarının öldürülməsində istifadə edir: “Səudiyyə Ərəbistanı Yəmən müsəlmanlarına qarşı qalxmaqla böyük səhvə yol verdi, bununla, özünü də pis vəziyyətə salacaq. Onlar regionda müsəlmanların zəifləməsinə və qardaş qırğınına səbəb olmaqdadırlar. Biz belə təsəvvür edirdik ki, Səudiyyə Ərəbistanı Yəmənə böyük qardaş kimi kömək edəcək, baş vermiş hadisələri sülhlə, sakitliklə yoluna qoyacaq. Amma belə olmadı, onlar sülh yaratmaq əvəzinə, qardaşlarına qarşı silahdan istifadə etdilər. Səudiyyə Ərəbistanı Yəməndə işlətdiyi silahları Fələstinin xeyrinə İsrailə qarşı yönəltsəydi, bu gün İsrail yer üzündən silinmişdi”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ordusu Yəmənlə sərhəddə yerləşən əl-Cabiri kəndini Yəmən qiyamçılarından azad etmək üçün güc tətbiq edib. Kəndi ələ keçirmiş şiə qiyamçılar tamamilə məhv edilib. Əməliyyat zamanı 4 səudiyyə hərbçisi həlak olub.
Onu da əlavə edək ki, səudiyyə ordusu ötən ilin noyabrından başladığı şiə reydlərində 82 hərbçisini itirib, 21 hərbçi itkin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR