Bank Of Baku

Pakistanda daha 10 Taliban üzvü öldürülüb

Pakistanda daha 10 Taliban üzvü öldürülüb
# 14 yanvar 2010 09:17 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. Bu gün səhər Pakistanın şimal-qərbində Amerikaya məxsus pilotsuz təyyarənin endirdiyi raket zərbəsi nəticəsində 10 Taliban üzvü öldürülüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin hərbi dairələri xəbər yayıb.
Qeyd edək ki, raket zərbəsi Əfqanıstanla sərhəd olan Şimali Vəziristan rayonunda yerləşən yaşayış məntəqələrinin birisinə endirilib.
Əlavə edək ki, bu, son iki həftə ərzində ABŞ-ın hərbi hava qüvvələrinə məxsus olan pilotsuz təyyarənin Pakistan ərazisində dislokasiya olmuş silahlılara endirdiyi səkkizinci zərbədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR