Bank Of Baku

İsraildə qədim yaşayış məskənlərinin izləri aşkarlanıb

İsraildə qədim yaşayış məskənlərinin izləri aşkarlanıb
# 14 yanvar 2010 11:11 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. İsrail arxeoloqları Tel-Əviv şəhəri yaxınlığında arxeoloji qazıntılar nəticəsində 8000 il yaşı olan qədim şəhərin izlərini aşkar ediblər.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, aşkar olunan bu şəhər Təl-Əvivdə indiyə qədər tapılan ən qədim yaşayış məntəqəsidir və bu da arxeoloqların şəhərin tarixi haqqındakı fikirlərini tamamilə dəyişir.

Arxeoloji qazıntı işlərinə rəhbərlik edən arxeoloq Əyalət Dayan bildirib ki, bu tapıntı qədim dövr tarixi alimləri üçün həm mühüm, həm də təəccüblü bir hadisədir. “Biz ilk dəfədir ki, Tel-Əviv şəhərində 8000 il əvvəl insanların məskunlaşdığını sübut edən faktın şahidi oluruq”.

Qazıntılar zamanı tapılan 3 otaqlı yaşayış evi ibtidai insanların ovçuluq və əkinçiliklə məşğul olduğu bir dövrə - Neolit dövrünə aid edilir.

Aralıq dənizi sahilində yerləşən, İsrailin iqtisadi və mədəni mərkəzi sayılan Tel-Əviv şəhəri təqribən 100 il əvvəl həmin ərazidə olan yararsız səhra torpaqlarında salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR