Bank Of Baku

Əfqanıstanda törədilən terror aktı nəticəsində ən azı 20 nəfər ölüb

Əfqanıstanda törədilən terror aktı nəticəsində ən azı 20 nəfər ölüb
# 14 yanvar 2010 15:39 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Əfqanıstanın Uruzqan vilayətində kamikadze NATO sülhməramlılarının və yerli polis işçilərinin keçirdiyi görüşə mane olmaq üçün terror aktı törədib. APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, kamikadzenin üzərindəki “şəhid qurşağı”nı işə salması nəticəsində ən azı 20 nəfər ölüb. Bu terror hadisəsi BMT-nin Əfqanıstanda minlərlə insanın ölümünə səbəb olan belə partlayışlar və həlak olanlar haqda hesabatı yayılandan dərhal sonra baş verib.

Xatırladaq ki, BMT-nin bu hesabatında Əfqanıstanda keçən il ərzində baş verən terror aktları nəticəsində 2412 nəfərin həlak olması barədə məlumat verilir. Baxmayaraq ki, Taliban lideri Molla Məhəəməd Ömər bu hücumların dinc əhaliyə qarşı olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR