Bank Of Baku

Mir Hüseyn Musəvi Tehran Universitetinin professorunun qətlinə münasibət bildirib

Mir Hüseyn Musəvi Tehran Universitetinin professorunun qətlinə münasibət bildirib
# 16 yanvar 2010 08:49 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran müxalifətinin lideri Mir Hüseyn Musəvi Tehran Universitetinin fizika kafedrasının professoru Məsud Əli Məhəmmədinin qətlinə münasibət bildirib.

APA-nın “Tabnak”a istinadən verdiyi məlumata görə, M.Musəvi bir elm adamına terror olunmasını vəhşiliyin son nöqtəsi və bağışlanmaz cinayət adlandırıb: “Məsud Əli Məhəmmədi sözün əsl mənasında bir alim idi. Onun ölümünü xatırlamaq mənim üçün çox acı və ağırdır. Bu hadisə bizim hamımız üçün bir ağır faciədir. Bu faciəni törədənlər ölkədə vəziyyəti daha da gərginləşdirmək istəyirlər”.

İctimaiyyəti daha ehtiyatlı və tədbirli olmağa çağıran M.Musəvi bildirib ki, bu hadisənin kimlər tərəfindən törədilməsi tezliklə müəyyənləşdirilməlidir: “Bu əvəzsiz alimin şəhid olması İran milləti və elm əhli üçün böyük faciədir, buna biganə qalmaq olmaz. Əli Məhəmmədi azadlıqsevər, mücahid və inqilabçı idi. Mən bu böyük itki ilə əlaqədar İran millətinə, ölkənin elm adamlarına və mərhumun ailəsinə başsağlığı verirəm”.

Qeyd edək ki, yanvarın 12-də Tehranın Qeytəriyyə məhəlləsində baş verən partlayış nəticəsində Tehran Universitetinin fizika kafedrasının professoru Məsud Əli Məhəmmədi həlak olub. O, evinin qarşısında quraşdırılan bombanın işə düşməsi nəticəsində dünyasını dəyişib. Bombanın uzaqdan idarəetmə üsulu ilə işə salındığı bildirilir. Məsud Məhəmmədi İranın tanınmış nüvə mütəxəssislərindən biri sayılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR