Bank Of Baku

Pakistanda bomba partlayışı nəticəsində iki əsgər həlak olub

Pakistanda bomba partlayışı nəticəsində iki əsgər həlak olub
# 16 yanvar 2010 09:11 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Pakistanın Kəşmir əyalətində naməlum terrorçu-kamikadzenin nəqliyyat vasitəsinə hücum edərək bombanı işə salması nəticəsində iki əfqan əsgəri həlak olub.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, yerli icra nümayəndəliyinin rəhbəri Sərdar Kürşed Rəvələkət şəhəri yaxınlığında baş verən bu partlayış nəticəsində daha 4 əsgərin yaralandığını bildirib.

Pakistan Kəşfiyyat Nazirliyinin rəsmiləri hadisə nəticəsində 2 əfqan əsgərin öldüyünü təsdiqləyiblər. Lakin onlar bu terror hadisəsi haqda ətraflı məlumat verməkdən imtina ediblər.

Qeyd edək ki, hazırda Pakistanın şimal-şərq, Hindistanın şimal ərazilərini əhatə edən Kəşmirin cənub hissəsi Hindistan, şimal və qərbindəki Azad Kəşmir adlanan hissəsi isə Pakistan ordusunun nəzarəti altındadır. Qoşunları Nəzarət Xətti adlandırılan müvəqqəti sərhəd ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR