Bank Of Baku

Bu gün İrandan Haitiyə ilk yardım yola salınacaq

Bu gün İrandan Haitiyə ilk yardım yola salınacaq
# 16 yanvar 2010 10:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Bu gün İrandan Haitidə zəlzələdən zərər çəkənlərə ilk yardım yola salınacaq.

APA-nın “İribnews”a istinadən verdiyi məlumata görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin humanitar yardım şöbəsinin rəhbəri Əhməd İsfəndiyari açıqlama verib.

Ə.İsfəndiyari Haitiyə göndəriləcək yardımların ərzaq və dərman preparatlarından ibarət olduğunu deyib. O, yardımların göndərilməsinin indiyədək gecikməsinin səbəbini Haiti aeroportlarının zəlzələ nəticəsində zədələnməsi, eləcə də aviaxətlərdə yaranmış sıxlıqla izah edib.

Ə.İsfəndiyari bütün bəşəriyyətin Haitiyə yardım etməsinin zəruri olduğunu vurğulayaraq, İran xalqının zəlzələdən zərər çəkənlərə yardım göstərməsi üçün İran Milli Bankında hesab açıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR