Bank Of Baku

Əfqanıstanda əmək və sosial münasibətlər naziri vəzifəsinə qadın təyin olunub

Əfqanıstanda əmək və sosial münasibətlər naziri vəzifəsinə qadın təyin olunub
# 16 yanvar 2010 11:46 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Əfqanıstan prezidenti Həmid Kərzainin Nazirlər Kabinetinə təklif etdiyi 3 qadın namizəddən biri parlament tərəfindən təsdiq edilib.

APA-nın “Associated Press”ə istinadən məlumatına görə, seçkilər hələlik davam etsə də, 17 namizəddən artıq 6-sı təsdiq olunub, 4-ü isə rədd olunub.

Əminə Fərzəli Əfqanıstan parlamenti tərəfindən əmək və sosial münasibətlər naziri vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, bu, indiyə qədər Əfqanıstanda parlament tərəfindən namizədliyi təsdiq olunan yeganə qadın nazir deyil. 2009-cu ildə Əfqanıstan prezidenti Həbibə Sürabini qadın məsələləri üzrə nazir təyin etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR