Bank Of Baku

İranda 3 polis əməkdaşı öldürülüb

İranda 3 polis əməkdaşı öldürülüb
# 18 yanvar 2010 07:44 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Yanvarın 17-dən 18-nə keçən gecə İranda 3 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb. APA-nın “Farsnew”a istinadən verdiyi məlumata görə, İran yol polinin rəhbəri Hüseyn Əlişahi bildirib ki, gecə saat 20.00 radələrində Xaş-Zahidan yolunda polis əməkdaşları Əli Qasimpur, Mehdi Qüdrətpənah və Mösin Zəmani vəzifə başında qətlə yetriliblər. Fakt üzrə cinazyət işi qaldırılıb və silahlı şəxslərin axtarışına başlanıb.

Cinayəti narkotik maddə qaçaqmalçılarının törətdiyi güman edilir. Çünki son zamanlar İranın Sistan və Bəlucistan vilayətində qaçaqmalçılarla tez-tez toqquşmalar baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR