Bank Of Baku

Tehranda baş verən toqquşmalarda həbs edilmiş 5 nəfərin bu gün məhkəməsi başlayıb

Tehranda baş verən toqquşmalarda həbs edilmiş 5 nəfərin bu gün məhkəməsi başlayıb
# 18 yanvar 2010 09:38 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Bu gün Tehranda 2009-cu il dekabrın 27-də - Aşura günü baş vermiş aksiyalar zamanı tutulan və İran İslam Respublikası Konstitusiyasına əsasən, İslam hökumətini devirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, məhkəmə prosesi Tehranın 15 saylı İnqilab Məhkəməsində keçirilir.

Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bu şəxslərin dövlət əleyhinə çağırışlarda iştiraklarının və ümumi əmlaka yandırmaqla ziyan vurmalarının tam sübuta yetirildiyini deyib. O bu ittihamla həbs edilənlərin cəzasının sürgün və ya edam olduğunu bildirib.

Qeyd edək ki, Aşura günü Tehranda baş vermiş aksiyalar zamanı müxalifət tərəfdarları ilə polis arasında toqquşma olub. İran polisinin rəsmi açıqlamasına görə, toqquşmalar nəticəsində 8 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR