Bank Of Baku

İranın Xoy şəhərinin prokurorunun qətli ilə əlaqədar 3 nəfər saxlanılıb

İranın Xoy şəhərinin prokurorunun qətli ilə əlaqədar 3 nəfər saxlanılıb
# 19 yanvar 2010 09:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin prokuroru Vəlihacı Quluzadənin qətli ilə əlaqədar 3 nəfər tutulub. APA-nın “İribnews”-a istinadən verdiyi məlumata görə, bu barədə Xoy şəhərinin başçısı İbrahim Məhəmmədlu bildirib. Saxlanılanlar qətldə şübhəli bilinirlər.

Qərbi Azərbaycan əyalətinin baş prokuroru Məhəmməd Musəvi isə V. Quluzadənin qətlində “Pejak” qruplaşmasından şübhələndiklərini bildirib. Onun sözlərinə görə, mərhum prokuror öldürülməzdən bir neçə gün əvvəl bu terrorçu təşkilat tərəfindən təhdidlərə məruz qalıb.

Qeyd edək ki, İranın Xoy şəhərinin prokuroru Vəlihacı Quluzadə yanvarın 18-də saat 20.00 radələrində evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib. V. Quluzadəni naməlum şəxslər “Peugeot” markalı maşından odlu silahdan atəş açmaqla qətlə yetirərək hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları bunun terror aktı olduğunu bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR