Bank Of Baku

İranda 4 qəzetin məhkəməsi olacaq

İranda 4 qəzetin məhkəməsi olacaq
# 19 yanvar 2010 13:53 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Yanvar 24-də Tehranın 76 saylı inqilab məhkəməsində “İran”, “Çeşməndaze İran” (İranın missiyası), “Qozareşe camie” (İctimai hesabatlar) və “Peyame Qolestan” (Gülüstan xəbərləri) qəzetlərinin məhkəməsi olacaq. APA-nın “İSNA”ya istinadən verdiyi məlumata görə, Tehran şəhər 76 saylı inqilab məhkəməsinin hakimi Müdir Xorasani adı çəkilən qəzetlərin sahiblərinin məhkəməsində İranın mətbuat şurasının nümayəndələrin də iştirak edəcəyini bildirib. Hakim bu qəzetlərin yalan məlumatların yaymaqda, islam mövqeyinə zidd yazılar, söyüş, eləcə də ümumi fikri çaşdırmaq istəyən məqalələr dərc etməkdə ittiham olunduqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR