Bank Of Baku

“PJAK” terror qrupu Xoy prokurorunun qətlini öz üzərinə götürüb

“PJAK” terror qrupu Xoy prokurorunun qətlini öz üzərinə götürüb
# 19 yanvar 2010 15:14 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin prokuroru Vəlihacı Quluzadənin qətlinə görə məsuliyyəti “PJAK” terror qrupu öz üzərinə götürüb. APA-nın “Mehrnews”a istinadən verdiyi məlumata görə, bu barədə Xoy şəhər qubernatorluğunun siyasi şöbəsinin müdiri Fəxrəli Nikbəxt bildirib. F. Nikbəxt artıq cinayətkarların hansı maşından atəş açıldıqları və hansı istiqamətdə hərəkət etdikləri barədə ilkin məlumatların əldə olunduğunu deyib: “Polis vəziyyəti tam nəzarət altına alıb, cinayətkarlar tezliklə tutularaq qanun qarşısında cavab verməli olacaqlar”.

Qeyd edək ki, İranın Xoy şəhərinin prokuroru Vəlihacı Quluzadə yanvarın 18-də saat 20.00 radələrində evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib. V. Quluzadəni naməlum şəxslər “Peugeot” markalı maşından odlu silahdan atəş açmaqla qətlə yetirərək hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları bunun terror aktı olduğunu bildirirlər.

Xoy şəhərinin qubernatoru İbrahim Məhəmmədlu qətli törətməkdə şübhəli bilinən 3 nəfərin həbs olunduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR