Bank Of Baku

İran rəsmi surətdə uranı zənginləşdirmək məqsədilə xaricə göndərməkdən imtina edib

İran rəsmi surətdə uranı zənginləşdirmək məqsədilə xaricə göndərməkdən imtina edib
# 20 yanvar 2010 03:05 (UTC +04:00)
Bakı-APA. İran rəsmi surətdə BMT yanında Beynəlxalq Atom Agentliyinin (MAGATE) zənginləşdirmək məqsədilə uranı xaricə göndərmək təklifinə etirazla cavab verib. APA-nın məlumatna görə, bu barədə Associated Press-ə BMT-dəki mənbədən məlum olub.

Xatırladaq ki, İran əvvəllər də olduğu kimi özünün atom sənayesini inkişaf etdirmək hüququnu qorumağa çalışır və nüvə tədqiqatlarının sırf sülh məqsədlərinə yönəldiyini bəyan edir.

İranın Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib ki, bu ölkənin nüvə dosyesi yalnız MAQATE çərçivəsində nəzərdən keçirilməlidir ki, qaranlıq siyasi məqsədlər istisna edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR