Bank Of Baku

Türkiyə baş naziri Səudiyyə kralıyla görüşüb

Türkiyə baş naziri Səudiyyə kralıyla görüşüb
# 20 yanvar 2010 01:33 (UTC +04:00)
Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı səfəri çərçivəsində Səudiyyə kralı Abdullah bin Əbdüləziz əl Səudi ilə görüşüb.

Türkiyə baş naziri ər-Riyaddakı sarayda Səudiyyə Ərəbistanı kralı tərəfindən rəsmi mərasimlə qarşılanıb. Qarşılamanın ardınca tərəflərin geniş heyətdə görüşü keçirilib. Daha sonra Ərdoğanla kral Abdullah bin Əbdüləziz əl Səudi təkbətək görüşüblər.

Türkiyə baş naziri Səudiyyə Ərəbistanı ziyarəti çərçivəsində Ciddədə İslam Konfransı Təşkilatı Baş katibi Ekmələddin İhsanoğlu ilə bir araya gəldikdən sonra vətəninə dönəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR