Bank Of Baku

Ankarada Əl-Qaidə ilə əlaqədə şübhəli bilinən 13 nəfərdən 9-u tutulub

Ankarada Əl-Qaidə ilə əlaqədə şübhəli bilinən 13 nəfərdən 9-u tutulub
# 20 yanvar 2010 20:28 (UTC +04:00)
Bakı-APA. Ankarada Əl-Qaidə ilə bağlı keçirilmiş əməliyyat zamanı saxlanmış 13 nəfərdən 9-u tutuldu. APA-nın Türkiyənin «Cihan» agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı saxlanılan 13 şübhəli Ankara Ədliyyə İdarəsinə gətiriliblər. İfadələri alındıqdan sonra onlardan 2 nəfəri sərbəst buraxılıb, qalan 11 nəfərin işi isə baxılmaq üçün məhkəməyə göndərilib.
Ankara 11 Ağır Cəza Məhkəməsində keçirilən proses zamanı 11 nəfərdən 9-u terror təşkilatına üzv olmaqda günahkar bilinərək saxlanılması barədə qərar verilib.
Qalan iki nəfəri isə Məhkəmə tərəfindən sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR