Bank Of Baku

İran Mədəniyyət Nazirliyi 15 qəzetə xəbərdarlıq edib

İran Mədəniyyət Nazirliyi 15 qəzetə xəbərdarlıq edib
# 21 yanvar 2010 09:43 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Mədəniyyət və İslami İrşad Nazirliyi bəzi qəzetlərə xəbərdarlıq edib. APA-nın “Mehrnews”a istinadən verdiyi məlumata görə, həmin qəzetlər dövlət başçısına hörmətsizlikdə, dövlət rəsmiləri və yüksək vəzifəli şəxslər haqda şayiə xarakterli məlumatlar dərc etməkdə, eləcə də nüfuzlu şəxsləri bir-birinə qarşı qoymaqda günahlandırılırlar. Bundan başqa, nəşrlərə ölkənin iqtisadi böhranda olduğunu əks etdirən şəkillərin çapına, ölkənin ümumi vəziyyətinin böhran içində olması və dövlət məmurlarının vətəndaşların birliyini pozması haqda yazılara son qoyulması barədə də xəbərdarlıq olunub. Onlar İran mətbuat qanununun 11-ci bəndinin 6-cı maddəsini pozmuş sayılırlar.

Xəbərdarlıq edilən qəzetlər isə bunladır: “Tehrane emroz” (“Tehran bu gün”), “Bahar”, “Tosie” (“İnkişaf”), “Roozan” (“Gündəlik”), “Cahane Eqtesad” (“İqtisad dünyası”), “Ettelaat” (“İnformasiya”), “Etemad” (“İnam”), “Əsrar” (“Sirlər”), “Cahane sənət” (“Sənət dünyası”), “Mərdom salari” (“Demokratiya”), “Armane Rəvabete Omumi” (“Cəmiyyətin ümumi əlaqələrinin hədəfi”), “Comhuri” (“Cümhuriyyət”), “Pul”, “Farhixteqan” və “Afərineş” (“Yaradılış”).

Qeyd edək ki, xəbərdarlıq alan nəşrlər arasında həm rəsmi, həm müstəqil və həm də müxalifət qəzetləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR