Bank Of Baku

Mahmud Əhmədinejad Ermənistanın sabiq prezidenti Robert Köçəryanı qəbul edib

Mahmud Əhmədinejad Ermənistanın sabiq prezidenti Robert Köçəryanı qəbul edib
# 21 yanvar 2010 13:52 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Bölgədə olan dəyişiklik region ölkələrinin xeyrinədir”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad Ermənistanın sabiq prezidenti Robert Köçəryanı qəbul edərkən deyib. M. Əhmədinejad İran əleyhinə hazırlanmış bütün hiylələrin puç olduğunu və İran xalqının hər bir çətinlik qarşısında dözümlü olduğunu bildirib. O İranın qonşu ölkələrlə heç bir problemi olmadığını bildirərək bölgədə sülhün, sabitliyin bərqərar olmasının zəruriliyini vurğulayıb. Robert Köçəryan İranın bölgədə yüksək nüfuza malik olduğunu, bölgə ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına maraq göstərdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR