Bank Of Baku

BMT Baş katibi Londonda keçiriləcək Əfqanıstana dair konfransda çıxış edəcək

BMT Baş katibi Londonda keçiriləcək Əfqanıstana dair konfransda çıxış edəcək
# 22 yanvar 2010 00:23 (UTC +04:00)
Bakı-APA. BMT Baş katibi Pan Gi Mun yanvarın 28-də Londonda keçiriləcək Əfqanıstana yardım üzrə beynəlxalq konfransda həmsədrlik edəcək. APA-nın məlumatına görə, bu barədə Pan Gi Munun nümayəndəsi Martin Nesirki məlumat verib.

Forumun digər 2 həmsədrləri Əfqanıstan prezidenti Həmid Kərzay və Böyük Britaniyanın baş naziri Qordon Braun olacaqlar. Konfransın əsas məqsədi ölkədəki vəziyyəti sabitləşdirmək və normal fəaliyyət göstərən dövlətin yaradılmasında beynəlxalq birliyin Əfqanıstana kömək etməsi məsələsinin həll olunmasıdır. BMT bu istiqamətdəki səylərin əlaqələndiricisi rolunda çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR