Bank Of Baku

Yəmənə terrorçuluqla mübarizədə yardım ediləcək

Yəmənə terrorçuluqla mübarizədə yardım ediləcək
# 22 yanvar 2010 04:46 (UTC +04:00)
Bakı-APA. ABŞ terrorçuluqla mübarizədə Yəmənə göstərdiyi yardımı artırmaq niyyətindədir. Bu barədə Vaşinqtonda Yəmən XİN başçısı Əbu Bəkr əl-Kurbiylə görüşən ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Hillari Klinton bu ərəb ölkəsində terror təhlükəsinin artmasından narahat olduğunu bildirib.

Dövlət katibi 3 il ərzində ABŞ-ın iqtisadi yardım qismində Yəmən hökumətinə 121 milyon dollar göndərəcəyini xatırladıb. «Lakin bu sərmayələrin nəticə verməsi Yəmənin idarəetmə sistemini yaxşılaşdırmaq üçün edəcəyi cəhdlərdən, iqtisadi islahatlardan, insan haqlarının qorunmasından, korrupsiya ilə mübarizə və investisiya mühitinin yaradılmasından asılıdır», deyə Hillari Klinton bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR