Bank Of Baku

Türkiyədə Əl-Qaidə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 120 nəfər həbs olunub

Türkiyədə Əl-Qaidə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 120 nəfər həbs olunub
# 22 yanvar 2010 23:46 (UTC +04:00)
Bakı-APA. Türkiyədə Əl-Qaidə terror təşkilatının Türkiyə qanadı ilə əlaqədə şübhəli bilinən 120 nəfər həbs olunub. APA-nın İTAR-TASS-a istinadən yaydığı məlumata görə, antiterror əməliyyatı Baş Təhlükəsizlik İdarəsinin regional şöbələrinin əməkdaşları həyata keçiriblər.
İstanbuldan ölkənin cənubi-şərqinədək 16 regionda həyata keçirilən əməliyyat zamanı tutulanlar arasında terrorçu təşkilatın yüksək vəzifəli üzvləri, ekstremizmin təbliği ilə məşğul olan və hətta yaraqlılara bilavasitə kömək edən şəxslər də var.
Təkcə cümə günü 30-a qədər şübhəli həbs edilib.
Saxlanılanların evlərində aparılan axtarışlar zamanı külli miqdarda silah və partlayıcı maddələr, habelə «Əl-Qaidə»-nin fəaliyyətinə və gələcək planlarına dair sənədlər aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR