Bank Of Baku

Pakistanda bomba partlayışı nəticəsində 4 nəfər həlak olub

Pakistanda bomba partlayışı nəticəsində 4 nəfər həlak olub
# 23 yanvar 2010 22:14 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Pakistanın Cənubi Vəziristan vilayətində terrorçu-kamikadzenin NATO qüvvələrinə məxsus tankı partlatmaq məqsədilə bombanı partlatması nəticəsində 4 nəfər yerli sakin həlak olub. Ölənlər arasında iki uşaq da var.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, kamikadze terror aktını Pakistanın Tank şəhərinin Gomal adlı qəsəbəsində yerləşən polis bölməsinin qarşısında avtomobilə quraşdırılmış bombanı işə salmaqla törədib.

Qeyd edək ki, 2007-ci ilin iyul ayından indiyə qədər əsasən Pakistanın şimal-qərb və mərkəzi şəhərlərində Taliban döyüşçüləri tərəfindən 2900-dan çox insan həlak qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR